Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Rusiyanın Donetsk vilayətini atəşə tutması nəticəsində ölən və yaralananlar var

344
Rusiyanın Donetsk vilayətini atəşə tutması nəticəsində ölən və yaralananlar var
Dinləmək üçün basın

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Donetsk vilayətini atəşə tutması nəticəsində bir nəfər ölüb, dörd nəfər yaralanıb.

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Donetsk vilayətini atəşə tutması nəticəsində bir nəfər ölüb, dörd nəfər yaralanıb.

InterPress.ge xəbər verir ki, bu barədə Donetsk vilayət prokurorluğu feysbukda bildirib.

“Rusiya ordusunun Donetsk vilayətinə həmlələri nəticəsində bir nəfər ölüb və dörd nəfər yaralanıb”, – prokurorluğun məlumatında qeyd olunub.

Ölümlə sonuclanan hücum Baxmut rayonunun Çasiv Yar şəhərinə həyata keçirilib. 46 yaşlı kişi küçədə aldığı qəlpə yaralarından keçinib. Müharibəöncəsi dövrdə sözügedən şəhərdə 10 mindən çox sakin yaşasa da, ötən ilin sentyabrında yaşayış məntəqəsində cəmi 900 nəfər qalırdı.

Xatırladaq ki, 2022-ci il iyulun 9-da gecə saatlarında işğalçı qüvvələrin bu kiçik şəhərə endirdiyi raket zərbələri nəticəsində 48 nəfər ölmüş, 24 nəfər yaralanmışdı. Ölənlərdən 11 nəfərin kimliyi hələ də müəyyən edilməyib. Rusiya Müdafiə Nazirliyi bu hadisəni amerikan haubitsaların anqarına “yüksəkdəqiqlikli silahla” endirilmiş zərbə kimi təqdim edərək hücumda 30 ukraynalı hərbçinin öldüyünü bildirmişdi

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Kobaxidze: Gürcüstanda yarım milyondan çox insan yoxsulluqdan çıxıbAİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirSon xəbərlərə bax →