07 
Mar
2024
20:17
391

Qudauri (post)-Kobi hissəsində müəyyən növ nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib

Qudauri (post)-Kobi hissəsində müəyyən növ nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib.

InterPress.ge xəbər verir ki, bu barədə Avtomobil Yolları Departamenti  məlumat yayıb.

"Təmizləmə işləri nəticəsində beynəlxalq əhəmiyyətli Mtsxeta-Stefantsminda-Larsi avtomobil yolunun Qudauri (Posta)-Kobi hissəsində qoşqu və yarımqoşquların hərəkəti bərpa edilib.

Milli Ətraf Mühit Agentliyindən verilən məlumata görə, Mleta-Qudauri və Qudauri (post)-Kobi hissələrində nəqliyyatın hərəkəti fasiləsiz rejimdə, Qudauri (post)-Kobi hissəsində isə yalnız uçqundan mühafizə tunelləri vasitəsilə həyata keçiriləcək.
Sərnişinlərin daşınması üçün nəzərdə tutulmuş qoşqulu, yarımqoşqulu və M3 kateqoriyalı, oturacaq yeri 22-dən çox olan (sürücü oturacağı istisna olmaqla) avtomobillərin hərəkəti tunellərdə birtərəfli həyata keçiriləcək”, - deyə Avtomobil Yolları İdarəsi yazır.

Bizimlə əlaqə saxlayın