"WhatsApp"dan istifadəçilərini SEVİNDİRƏCƏK yeni funksiya gəlir
"WhatsApp" iOS cihazlarından istifadə edən istifadəçiləri üçün yeni məxfilik funksiyasını işə salacaq.
InterPress.ge xəbər verir ki, bu barədə "WABetaInfo" portalı məlumat verib.
Belə ki, istifadəçilər paroldan istifadə etməklə öz hesablarına daxil ola biləcəklər.
Qeyd olunur ki, yeni funksiya altı rəqəmli koddan deyil, paroldan istifadə etməklə hesaba daxil olmağa imkan verəcək.
Giriş açarı "iCloud"da saxlanılacaq ki, bu da biometrikadan istifadə etməklə digər "Apple" cihazlarında "WhatsApp" hesaba daxil olmağı mümükün edəcək.
Eyni zamanda, əgər istifadəçi başqa cihazda messencerə daxil olmaq istəsə, yenə ənənəvi altı simvollu koddan istifadə edə biləcək.
"WABetaInfo"nun müəllifləri həmçinin bildiriblər ki, yeni funksiya "WhatsApp"ın TestFlight xidmətindən endirilmiş beta versiyasında görünə bilər.
Daha əvvəl bildirilmişdi ki, messencer dialoqlardan profilinizin QR kodlarını mübadilə etmək imkanı əldə edəcək. Tərtibatçıların sözlərinə görə, yeni funksiya sayəsində istifadəçilər öz hesablarını paylaşmaq üçün QR kodlarından daha çox istifadə edəcəklər.