Husilər Qırmızı dənizdə, Ədən körfəzində Barbados bayrağı altında üzən Amerikanın True Confidence gəmisinə hücum edib.
InterPress.ge xəbər verir ki, bu barədə CNN ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
Məlumata görə, gəmiyə hücum nəticəsində azı iki ekipaj üzvü həlak olub, 6 nəfər yaralanıb. Həmçinin, medianın məlumatına görə, husilər üç ekipaj üzvünü əsir götürüb.
Hadisə Sana vaxtı ilə saat 11:30 radələrində baş verib. Rəsminin sözlərinə görə, koalisiya gəmiləri hazırda ərazidədir və vəziyyəti qiymətləndirirlər.
