06 
Mar
2024
21:50
294

Qudauri (post)-Kobi hissəsində qoşqu və yarımqoşquların hərəkəti qadağan edilib

Qar və aşağı temperatur səbəbindən  beynəlxalq əhəmiyyətli Mtsxeta-Stefantsminda-Larsi avtomobil yolunun Qudauri (post)-Kobi hissəsində qoşqulu və yarımqoşqulu avtomobillərin hərəkəti qadağan edilib. 
 

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti məlumat yayıb.

Qurumdan verilən məlumata görə, digər növ avtonəqliyyat vasitələrinin hərəkəti sərbəstdir.

Məlumatda qeyd edildiyi kimi, Mleta-Qudauri və Qudauri (post)-Kobi hissələrində avtomobil nəqliyyatı dayanmadan, Qudauri (post)-Kobi hissəsində isə yalnız uçqundan mühafizə tunelləri vasitəsilə həyata keçiriləcək.

Bizimlə əlaqə saxlayın