Polis narkotik cinayətlərinə görə 6 nəfəri saxlayıb
Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polisinin, Tbilisi, Kvemo Kartli, Acara və Quriya polis idarələrinin əməkdaşları tərəfindən həyata keçirilən kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində narkotik cinayətlərinə görə 6 nəfər saxlanılıb.
InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Külli miqdarda narkotik vasitəni satmaq, satmağa cəhd, həmçinin qanunsuz olaraq almaq-saxlamaq, marixuananı satmaq, həmçinin almaq-saxlamaq, tərkibində külli miqdarda narkotik vasitə olan bitkilərin qanunsuz olaraq əkilməsi, yetişdirilməsi və becərilməsi ilə məşğul olan aşağıdakı şəxslər tutulub:
1996-cı il təvəllüdlü B.N., 1999-cu il təvəllüdlü İ.B., 1989-cu il təvəllüdlü E.X., əvvəllər məhkum olunmuş şəxslər – 1986-cı il təvəllüdlü M.E., 2003-cü il təvəllüdlü L.U. və 1985-ci il təvəllüdlü R.C. Onların arasında Gürcüstan, Belarus və Rusiya Federasiyası vətəndaşları da var.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hakimin hökmü əsasında narkotik vasitələrin nəzarəti ilə bağlı gizli qeydlər həyata keçiriblər, təqsirləndirilən şəxslərin göstərdiyi yerlərdən, habelə şəxsi avtomobillərinə və evlərinə baxış nəticəsində müxtəlif növ narkotik vasitələr aşkar edilərək götürülüb.
İstintaq Cinayət Məcəlləsinin 260, 19-260, 265 və 273-cü Prima maddələri ilə aparılır.
Cinayət 17 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.


