06 
Mar
2024
08:52
712

Gürcüstanda qeydiyyatda olan avtomobillərin 82%-nin yaşı 10 ildən yuxarıdır

2023-cü ilin sonuna Gürcüstanda 1 680 436 nəqliyyat vasitəsi qeydə alınıb ki, bu da illik 7,5% artım deməkdir.

InterPress.ge xəbər verir ki, bu, Milli Statistika Xidmətinin məlumatında qeyd olunub.

Qeyd edək ki, qeydiyyatda olan avtomobillərin 82%-nin yaşı 10 ildən yuxarı olduğundan avtomobil parkının böyük hissəsi köhnəlib. Avtomobillər yaşa görə aşağıdakı kimi bölünür:

210 700 nəqliyyat vasitəsinin yaşı 5 ilə 10 il arasındadır;

 46 500 nəqliyyat vasitəsinin yaşı 2 ilə 5 il arasındadır;

 33.000 nəqliyyat vasitəsinin yaşı 2 il və ya daha azdır;

 7300 avtomobilin yaşı məlum deyil.

2024-cü il yanvarın 1-dən Gürcüstanda 2013-cü ildən əvvəl istehsal olunmuş avtomobillərin idxalına məhdudiyyət qoyulub, buna əsasən, emissiya standartı Avro 5 normasına cavab verməyən avtomobil ölkədə qeydiyyata alına bilməz. Tənzimləmə artıq idxala təsir göstərib və yanvarda Gürcüstanda yüngül avtomobillərin idxalı 48,1% azalıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər