Facebook və Instagram- da problem yaranıb
Facebook və Instagramın fəaliyyətində problem yaranıb.
InterPress.ge xəbər verir ki, dünyanın müxtəlif ölkələrində, o cümlədən Gürcüstanda sosial şəbəkədən istifadə çətinləşib.
DownDetector-un məlumatına görə, sosial şəbəkə istifadəçiləri Facebook Messenger-də də problem yaşayırlar.
DownDetector istifadəçilərinin 56%-i saytın fasilələrlə işlədiyini, 24%-i proqramın işləmədiyini, 20%-i isə ümumiyyətlə Facebook-a daxil ola bilmədiyini yazıb.
İstifadəçilərin 56%-i Messenger-ə daxil ola bilmir, 29%-i proqrama daxil olmaqda problem yaşayır, 15%-i isə mesajlardan keçməkdə çətinlik çəkir.
Oxşar problemlər Instaqramda da müşahidə olunur. İstifadəçilərin 62%-i proqramdan istifadə edə bilmir, 26%-i “sürüyə” bilmir, 12%-i isə tətbiqdə avtorizasiya ilə bağlı problem yaşayır.
Qeyd edək ki, dünya üzrə 300 mindən çox Facebook hesabı, 47 mindən çox Instagram istifadəçisinin hesabı dayanıb.


