Daxili İşlər Nazirliyi hərəkətə keçdi - 20 nəfər saxlanıldı
Son vaxtlar həyata keçirilmiş əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində Tbilisi və bölgələrdə qanunsuz odlu silah və döyüş sursatı götürülüb.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, 20 nəfər saxlanılıb, 4 nəfər barəsində cinayət işi başlanıb, 2 nəfər ifşa edilib.
Təqsirləndirilən şəxslərin şəxsi yoxlanılması, habelə avtomobillərinə və evlərinə baxış zamanı odlu silah və sursatlar aşkar edilib.
Odlu silah və döyüş sursatlarının qanunsuz alınması, saxlanması və gəzdirilməsi faktları ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 236-cı maddəsinin 3-cü və 4-cü hissələri ilə istintaq aparılır.
Cinayət 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.


