Sahibsiz itlərin rəsmi siyahıyaalınmasının nəticələrinə görə, paytaxtda 30 150 it sahibsiz it kimi qeydiyyata alınıb.
InterPress.ge xəbər verir ki, araşdırmanın nəticələrinə görə, rəsmi qeydiyyatda olan sahibsiz itlərin yalnız 32%-i, yəni 10500 it sterilizasiya olunub.
Tədqiqat Heyvanların Monitorinqi Agentliyinin sifarişi ilə həyata keçirilib.
Araşdırma təşkilatının məlumatına görə, 2024-cü ildə diqqət itlərin sterilizasiyasına yönəldiləcək.
Məlumat üçün bildirək ki, Tbilisidə sahibsiz itlərlə bağlı 2023-cü ildə üç ay ərzində genişmiqyaslı sorğu aparılıb.
