Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

CNN: Mart-aprel aylarında Ukraynaya 60 milyard dollar ayrıla bilər

248
CNN: Mart-aprel aylarında Ukraynaya 60 milyard dollar ayrıla bilər
Dinləmək üçün basın

ABŞ-nin Ukraynaya 60 milyard dollar məbləğində yardımı ehtivan edən yeni qanun layihəsi martın sonunda və ya apreldə hazırlana bilər.

InterPress.ge xəbər verir ki, bu barədə CNN yazıb.

Agentliyin məlumatına görə, Nümayəndələr Palatasının spikeri Mayk Conson bu məsələ ilə bağlı yeni ikipartiyalı qanun layihəsi hazırlayan bir qrup respublikaçı ilə görüşüb. Kiyevə (eləcə də ABŞ-nin digər tərəfdaşlarına) yardımın və Meksika ilə sərhədin möhkəmləndirilməsi tələblərinin daxil edilməsi planlaşdırılır.

Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin rəhbəri Maykl Makkol sənədin yekunlaşdırılmasında “aparıcı rol” oynayacaq.

Ancaq nəşr qeyd edib ki, “Conson hələ planla bağlı mövqe tutmayıb və ya ona səs verməyi öhdəsinə götürməyib”.

İclasda o, respublikaçı həmkarlarına öncə ABŞ büdcəsini qəbul etməli olduqlarını bildirib. Bu proses martın ortalarına qədər yekunlaşacaq.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Kobaxidze: Gürcüstanda yarım milyondan çox insan yoxsulluqdan çıxıbAİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirSon xəbərlərə bax →