İraqın Kərbəla şəhərində "Ekstremizmə və terrorizmə qarşı mübarizə" mövzusunda II beynəlxalq konfrans keçrilib
İraq Respublikasının Kərbəla şəhərində Bəyyinə Təhlükəsizlik və Mədəniyyət Mərkəzi tərəfindən iki günlük (29 və 01.03.2024-cü il tarixdə) "Ekstremizmə və terrorizmə qarşı mübarizə" mövzusunda II beynəlxalq konfrans keçrilib.
InterPress.ge xəbər verir ki, konfransda Ümumi Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin sədri Seyid Mirtağı Əsədov dəvətli qonaq qismində iştirak edib.
Həmçinin konfransda hökümət əməkdaşları, vəkillər, ictimai şəxslər, din xadimləri və BMT-nın İraq nümyəndəsi iştirak edib.
Dünyanın müxtəlif ölkələrindən, Avropa, Asiya və o cümlədəndə müsəlman dövlətlərindən qatılmış alim və tədqiqatçılar panellər üzrə müxtəlif mövzularlda çıxışlar olub.
Konfransın sonunda qonaqlar xüsusi mükafat ilə təltif edilib.
.jpeg)
.jpeg)
.jpeg)


