Külli miqdarda siqaret qaçaqmalçılığında təqsirli bilinən üç nəfər saxlanılıb
Mərkəzi Zuqdidi-Senaki avtomobil yolunda, Nojixevi kəndi yaxınlığında külli miqdarda qaçaqmal siqaret gətirməkdə təqsirli bilinən üç nəfər saxlanılıb.
InterPress.ge xəbər verir ki, xüsusi əməliyyatı səhər saatlarında maliyyə və Zuqdidi polisi həyata keçirib.
Məlumata görə, 35 qutu rüsumsuz siqaret aşkar edilib ki, onların da dəniz yolu ilə Xobinin Torsa kəndinə gətirildiyi, oradan qaçaqmalçılıq yolu ilə gətirilən siqaretlərin Kutaisiyə daşınması nəzərdə tutulub.
Qaçaqmalçılıqda təqsirli bilinərək saxlanılanlar Tbilisiyə aparılıb.Saxlanılanlardan ikisi artıq oxşar cinayətlərə görə məhkum olunublar və hazırda sınaq müddətindədirlər. Onlar üç il həbs cəzası çəkib və üç il müddətinə azadlıqdan məhrum ediliblər.
İstintaqın hansı maddə ilə aparıldığı hələlik məlum deyil.


