Polis əməkdaşları narkotik cinayətləri ilə əlaqədar 10 nəfəri saxlayıblar
Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polisi, Patrul Polisi, Tbilisi, Sameqrelo-Zemo Svaneti, Acara və Quriya polis idarələrinin əməkdaşları həyata keçirdikləri kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində narkotik cinayətləri ilə bağlı 10 nəfəri saxlayıblar.
InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Daxili İşlər Nazirliyinin məlumatına görə, qanunsuz olaraq külli miqdarda və xüsusilə külli miqdarda narkotik vasitələrin əldə edilməsi və saxlanması, o cümlədən qanunsuz olaraq marixuananın əldə edilməsi və saxlanması, əldə etməyə və saxlamağa cəhd etmə, külli miqdarda narkotik vasitələrin qanunsuz satışı ilə bağlı saxlanılıb: 1987-ci il təvəllüdlü B.Ş., 1993-cü il təvəllüdlü İ.Ş., 1977-ci il təvəllüdlü E.İ., 2005-ci il təvəllüdlü Q.L., 2006-cı il təvəllüdlü N.D., 1968-ci il təvəllüdlü Q.O., 1978-ci il təvəllüdlü E.M., 1996-cı il təvəllüdlü A.S., 2002-ci il təvəllüdlü A.A. və 2001-ci il təvəllüdlü A.H.
Saxlanılan şəxslər arasında Gürcüstan, Belarus və İsrail vətəndaşları da var.
Polis əməkdaşlarının ölkə üzrə həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində təqsirləndirilən şəxslərin göstərdiyi yerlərdən, habelə saxlanılan şəxslərin şəxsi avtomobillərinə və evlərinə baxış zamanı külli miqdarda və xüsusilə külli miqdarda narkotik vasitə, həmçinin külli miqdarda pul, narkotik qablaşdırması üçün lazım olan materiallar və elektrik tərəzi maddi sübut kimi götürülüb.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 260, 19-260, 273 prima və 19-273 prima maddələri ilə aparılır.
Cinayət 20 ilədək və ya ömürlük həbslə cəzalandırılır.


