Martın 4-dək olan geniş hava proqnozu açıqlandı - RƏSMİ
Martın 2-3-də Qərbi Gürcüstanda isti və yağmursuz hava şəraiti davam edəcək. Bəzi yerlərdə güclü külək əsəcək.
InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat verib.
Məlumata görə, Şərqi Gürcüstanda yağmursuz hava olacaq. Martın 4-də Gürcüstanın bəzi rayonlarında az yağıntılı olacağı ehtimalı var.
Tbilisidə yağmursuz hava şəraiti davam edəcək. Havanın temperaturunun gündüz 9-11 dərəcə isti olacağı gözlənilir.
Martın 2-3-də Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvali) yağmursuz hava şəraiti gözlənilir. Martın 4-də bəzi yerlərdə az yağış yağacağı ehtimalı var. Havanın temperaturu gündüz +11, +13 dərəcə təşkil edəcək..
Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Ğvareli, Axmeta, Dedoplistskaro) yağmursuz hava şəraiti gözlənilir. Havanın temperaturu gündüz +10, +12 dərəcə təşkil edəcək.
Şərqi Gürcüstanın yüksək dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo) martın 2-3-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Martın 4-də az yağıntı müşahidə oluna bilər. Havanın temperaturu gündüz +6, +8 dərəcə təşkil edəcək


