01 
Mar
2024
11:56
740

63 yaşlı kişi birlikdə olduğu qadının intim şəkillərini qohumuna göndərib

Şəxsi həyat sirrini pozan 2 nəfər saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə İstintaq Xidmətinin yaydığı məlumatda bildirilib.

Onlardan biri istintaqa görə, 1981-ci il təvəllüdlü qadınla sevgi/intim münasibətdə olan 63 yaşlı kişidir. Bildirilib ki, təqsirləndirilən şəxs aralarındakı cinsi əlaqəni mobil telefonla lentə alıb.

"Həmin vaxt zərərçəkmiş qadın intim məzmunlu fotolarını da təqsirləndirilən şəxsə göndərib. Zərərçəkmiş təqsirləndirilən şəxslə münasibətini daha davam etdirmək istəmədikdən sonra, təqsirləndirilən şəxs qisas motivi ilə 2024-cü ilin fevral ayında “Whatsapp” tətbiqindən istifadə edərək, yuxarıda qeyd olunan intim məzmunlu materialı zərərçəkmişin ailə üzvünə göndərib.” - deyə məlumatda bildirilir.

Daha bir şəxsi həyatın pozulması epizodu Xüsusi İstintaq Xidməti tərəfindən açılıb, nəticədə 1985-ci il təvəllüdlü şəxs tutulub.

“2021-2022-ci illərdə təqsirləndirilən şəxs zərərçəkmiş qadınla intim münasibətdə olub, bu müddət ərzində bir-biri ilə müxtəlif üsullarla, o cümlədən internet tətbiqləri vasitəsilə əlaqə saxlayıblar. Videozəng zamanı təqsirləndirilən şəxs cib telefonu ilə qadının gizli şəkildə çılpaq şəkillərini çəkib. Təqsirləndirilən şəxs mobil telefonunda onların cinsi əlaqəsini əks etdirən videoçəkilişi də qanunsuz olaraq saxlayıb”, - deyə məlumatda bildirilir.

Hər iki təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Bizimlə əlaqə saxlayın