28 
Fev
2024
18:39
796

Liloda baş vermiş qətllə bağlı yeni təfərrüatlar məlum oldu

 Lilo qəsəbəsində baş vermiş qətllə bağlı yeni təfərrüatlar məlum olub.

InterPress.ge xəbər verir ki, yerli sakinlərin dediyinə görə,  öldürülən 20 yaşlı Keti Cavaxişvilinin əlləri məftillə bağlı  olub.

Sakinlər bildirib ki, günahkar olduğu iddia edilən şəxs həmin qəsəbənin sakinidir. Bundan başqa, məşhur versiyalardan birinə görə, adıçəkilən şəxs qızdan pul tələb edirmiş.

“Onun əlləri məftillə bağlanıb, şikəst edilib. Məncə o , yerli sakindir. Yaxınlıqdakı binada yaşayandan şübhələnirlər, o oğlan pul tələb edirdi, məncə, belə danışırlar. Bu qızın telefonu sınmış vəziyyətdə tapılıb. Onu axtarırlar”, - deyə qonşu bildirib.

Məlumat üçün bildirək ki, 21 yaşlı Keti Cavaxişvili bu gün səhər saatlarında Tsenubanidəki evinin yaxınlığında qətlə yetirilib.
Küt əşya ilə xəsarət alan qız xəndəyə atılıb.
Mövcud məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları artıq ehtimal olunan cinayəti müəyyən ediblər və onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 108-ci (qəsdən adam öldürmə) maddəsi ilə istintaq aparılır.

Bizimlə əlaqə saxlayın