28 
Fev
2024
12:29
899

Martın 4-dək gözlənilən hava şəraiti açıqlandı - Temperatur yüksələcək

Qərbi Gürcüstanda martın 4-dək isti və yağmursuz hava şəraiti davam edəcək. Bəzi yerlərdə şərq küləyi əsəcək. Şərqi Gürcüstanda yağmursuz hava şəraiti gözlənilir.

InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat verib.

Tbilisidə hava yağmursuz keçəcək. Havanın temperaturunun gündüz 9-11 dərəcə isti olacağı gözlənilir.

Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvali): hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gün ərzində +11, +13 dərəcəyədək yüksələcək.

Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Ğvareli, Axmeta, Dedoplistskaro): hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gün ərzində +10, +12 dərəcəyədək yüksələcək.

Şərqi Gürcüstanın yüksək dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo): hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gün ərzində +6, +8 dərəcəyədək yüksələcək.

Bizimlə əlaqə saxlayın