Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Ən çox Gürcüstanın hansı bölgəsində sosial yardım alınır?

1,106
Ən çox Gürcüstanın hansı bölgəsində sosial yardım alınır?
Dinləmək üçün basın

2024-cü ilin yanvar ayına olan məlumata görə, Gürcüstanda 647 479 nəfər yaşayış müavinəti alır ki, bu da əvvəlki ilin göstəricisindən 20 189 nəfər azdır.

2024-cü ilin yanvar ayına olan məlumata görə, Gürcüstanda 647 479 nəfər yaşayış müavinəti alır ki, bu da əvvəlki ilin göstəricisindən 20 189 nəfər azdır.

InterPress.ge xəbər verir ki, 2023-cü ilin eyni dövründə 667 668 nəfər sosial yardım alıb.

Bundan əlavə, Əhalinin məşğulluğunun təşviqi Dövlət Proqramı çərçivəsində 2024-cü ilin yanvar ayında 647 479 nəfər yaşayış müavinəti alandan 208 085 nəfərin 4 il müddətinə sosial yardım alması davam edəcək.

Bu ilin məlumatlarına görə, ən çox sosial yardım alanlar Tbilisidədir (ümumi sayın demək olar ki, 21%-i), daha sonra Kvemo Kartli (14,2%) və Sameqrelo-Zemo Svaneti (12,1%) gəlir.

2024-cü ilin yanvar ayına yaşayış müavinəti alan şəxslərin regionlar üzrə bölgüsü belə görünür:

Tbilisi - 136 564 nəfər

Kvemo Kartli - 92 054 nəfər

İmereti - 79 100 nəfər

Sameqrelo - Zemo Svaneti - 78 429 nəfər

Kaxeti - 63 447 nəfər

Acarıstan Muxtar Respublikası - 67 418 nəfər

Şida Kartli - 54 266 nəfər

Quriya - 26 001 nəfər

Samtsxe Cavaxeti - 19240 nəfər

Mtsxeta Mtianeti - 17 689 nəfər

Raça Leçxumi və Kvemo Svaneti - 13271 nəfər

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Kobaxidze: Gürcüstanda yarım milyondan çox insan yoxsulluqdan çıxıbAİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirSon xəbərlərə bax →