200 lari üçün qeydiyyat başladı - Qeydiyyat üçün bunlar lazımdır
0-dan 17 yaşadək olan uşaqların valideynləri uşaqlar üçün 200 lari yardımı almaq məqsədilə bu gündən qeydiyyatdan keçə bilərlər.
InterPress.ge xəbər verir ki, müvafiq portal səhiyyə nazirliyinin veb səhifəsində moh.gov.ge və elektron portal (qeydiyyat üçün olan) daxmareba.moh.gov.ge -də qeydiyyatdan keçmək mümkün olacaq.
Elektron portalda bunlar təqdim edilməlidir:
1. Uşağın ad soyadı.
2. Doğum tarixi.
3. Şəxsiyyət nömrəsi, valideynin / rəsmi nümayəndənin ad soyadı (uşaq kimin üstündədir onun ad soyadı).
4. Şəxsiyyət vəsiqəsinin nömrəsi.
5. Bank hesabı.
6. Mobil nömrə.
Əgər ədliyyə nazirliyinin servis inkişafı agentliyindən uşaqla valideynin əlaqəsi təsdiqləmirsə o zaman portalda uşağın doğum şəhadətnaməsi yüklənməlidir.
Əgər dövlət qayğısı, trefikinq qurbanları, zərərçəkənlərə yardım agentliyi tərəfindən uşaqla rəsmi nümayəndənin əlaqəsi təsdiqlənmirsə, o zaman qəyyumluğu təsdiq edən sənəd portalda yüklənməlidir.
Elektron portalda valideyn və ya qəyyum məlumatın doğruluğunu təsdiq etməlidir.
Uşaqlar üçün ayrılan 200 lari yardım valideynlərin biri və ya qanuni nümayəndə tərəfindən qeydiyyatdan keçdikdən sonra almaq mümkündür. Qeydiyyat 15 avqustdan dekabr ayına kimi davam edəcək. Yardım isə bu ilin sentyabr ayından veriləcək.
Qeydiyyatdan keçə bilməyən şəxslər ədliyyə evlərinə, sosial yardım agentliyinə, kənd icra nümayəndəliyinə, regional inkişaf nazirliyinə, yerli özünüidarəetməyə (meriya), ictimai mərkəzlərə və Liberti banka müraciət edə bilərlər.
Portalda qeydiyyat 24 saat mümkündür. Əlavə məlumat üçün 1505-ə zəng edə bilərsiz.


