Polşada nepallı gənci öldürməkdə təqsirli bilinərək saxlanılan Gürcüstan vətəndaşına qarşı ittiham irəli sürülüb.
InterPress.ge xəbər verir ki, bu barədə Polşa mətbuatı yazıb.
Məlumata görə, Slupsk rayon prokurorluğu onun barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilməsini istəyib.
İstintaq orqanının məlumatına görə, Gürcüstan vətəndaşı 28 yaşlı nepallının boynuna bıçaqla xəsarət yetirib.
Cinayəti ört-basdır etdiklərinə görə iki ukraynalı qadın da saxlanılıb, istintaqa görə, onlar cinayət silahından qurtulmağa cəhd ediblər.
Cinayətdə təqsirli bilinərsə, Gürcüstan vətəndaşını 8 ildən 25 ilədək və ya ömürlük həbs cəzası gözləyir.
Qətl fevralın 25-də Polşanın Slupsk şəhərindəki tədbirdə baş verib.
