Tbilisidə Xocalı soyqırımının 32-ci il dönümü ilə bağlı aksiya keçirilib - FOTO
Fevralın 26-də Gürcüstan paytaxtı Tbilisidə “Xocalı faciəsi insanlığa qarşı törədilmiş cinayətdir: tanıyaq və tanıdaq” adlı aksiya keçirilib.
InterPress.ge xəbər verir ki, aksiya “Alyans” Gənclər Mərkəzi və Azərbaycanlı Tələbələr və Məzunlar Platforması(ASAP) tərəfindən təşkil olunub.
Belə ki, məlumatlandırıcı aksiyada mərkəzin rəhbərliyi və tələbələri paytaxt Tbilisinin sakinlərinə və şəhərin qonaqlarına Xocalı soyqırımına dair bukletlər paylayıblar.
Bukletlərdə Xocalı soyqırımının səbəbləri, erməni vandalizminin acı nəticələri, eləcə də statistik məlumatlar əksini tapıb.
Aksiyanı təşkilatçılarının verdiyi məlumata görə, aksiyanın əsas məqsədi ermənilərin Xocalıda törətdikləri bu cinayətin insanlığa qarşı törədilmiş qatı cinayət olduğunu gürcü ictimaiyyətinin və əcnəbilərin diqqətinə çatdırmaqdır.




