26 
Fev
2024
19:10
275

Tsalencixa şəhər meriyasının əməkdaşları külli miqdarda rüşvət almaq faktına görə saxlanılıb

Dövlət Təhlükəsizliyi Xidmətinin Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış və istintaq hərəkətləri nəticəsində qrup tərəfindən qabaqcadan əlbir olaraq külli miqdarda rüşvət alma faktı üzrə Tsalencixa bələdiyyəsinin meriyasının əməkdaşları T. M. və B.C -nı saxlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb.

Qurumdan verilən məlumata görə, araşdırma zamanı müəyyən edilib ki, onlar Tsalenjixa bələdiyyəsinin Daba Jvari qəsəbəsində yerləşən 1550 kv/m torpaq sahəsini hərraca çıxarmaq müqabilində vətəndaşdan 20 min lari rüşvət istəyiblər.

“Dövlət Təhlükəsizliyi Xidmətinin Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 338-ci maddəsinin ikinci hissəsinin 7 ildən 11 ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutan “b” və “c” bəndləri ilə istintaq aparılır. ”, - məlumatda deyilir.

Bizimlə əlaqə saxlayın