Qızılhacılı kəndində İmam Zamanın (ə.f) mövludu münasibətilə mərasim təşkil olunub
Qızılhacılı İmam Həsən (ə) məscidinin təşkilatçılığı ilə İmam Zamanın (ə.f) mövludu münasibətilə mərasim təşkil olunub.
InterPress.ge xəbər verir ki, mərasimin aparıcısı, Altun Sultanov əvvəlcə sözü Allahın nurani ayələrini oxumaq üçün İmam Rza (ə) mədrəsəsinin tələbələrindən olan Nicat Musayevə verib.
Daha sonra İmam Həsən (ə) məscidinin axundu Fuad İsayev, qonaqları salamlayaraq bütün Əhli-BEYT sevərlərə önəmli bayram münasibətilə təbriklərini bildirib və təşkilatçılıqda maddi və mənəvi dəstək olan hər kəsə təşəkkür edərək, mərasimin proqramları haqqında məlumat verib.
Mərasim, digər din xadimi və natiqlərin çıxışları ilə davam edib.
O cümlədən Hacı Əli Əliyev, Hacı Faiq Nəbiyev, və Hacı Həsən Yusifzadə təşkilatçılıq üçün İmam Həsən (ə) məscidinə və möminlərinə təşəkkürlərini bildirərək qonaqlara təbriklərini və münasibət haqqında mühüm nöqtələrə işarə ediblər.
Məclisin əsas xətibi, Hacı Kamran Mamedov ilk öncə təşkilat heyətinə təşəkkürlərini və iştirakçılara təbriklərini söylədikdən sonra, Məhdəviyyət mövzusunda bir sıra incə və diqqət olunası məsələlərə işarə edib.
Mərasimdə millət vəkili Zaur Darğallı da iştirak edib, iştirakçılar və təşkilatçılıqda zəhməti olanlara təşəkkür edərək, bayram münasibətilə təbrik edib.
Sonda Əhli-BEYT məddahı Sadiq Cəfəri və yerli məddah və tələbələr ilahilər səsləndirib.
Məclisdə püşk çəkmə ilə 18 nəfər ziyarət biletləri (13 nəfəri müqəddəs Məşhəd və 5 nəfəri isə müqəddəs Kərbəla ziyarəti) əldə ediblər.
Qeyd edək ki, ziyarət hədiyyələrinin bir çox qismi məclisdə iştirak edən səlahiyyətli nümayəndələr və məntəqənin xeyirxah insanları tərəfindən ehsan edilib.
Bundan əlavə adları Hz. Məhdinin (ə.f) adı ilə və ya ləqəbləri ilə eyni olan 12 nəfərə isə hədiyyə paketləri verilib.


