Dövlət-siyasi məmurların narkotik testindən keçmək öhdəliyi olmayacaq
Ola bilsin ki, dövlət-siyasi məmurların artıq narkotik testindən keçmək öhdəliyi olmayacaq.
InterPress.ge xəbər verir ki, müvafiq dəyişikliklər “Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna daxil edilib.
Qanun layihəsi Gürcüstan Prezidentinin, parlament üzvlərinin, nazirlərin, onların birinci müavinlərinin və müavinlərinin, habelə Abxaziya və Acarıstan muxtar respublikalarının ali nümayəndəlik orqanlarının və hökumət üzvlərinin narkotik testlərindən keçməsi ilə bağlı öhdəliyini ləğv edir. Müvafiq olaraq, narkotik testindən keçməkdən yayınmaya görə müəyyən edilmiş məbləği 500 lari olan cəza ləğv edilir.
Parlamentə təqdim olunan layihəyə əsasən, qanuna maddə əlavə edilib ki, ona görə adıçəkilən vəzifəli şəxslərin Korrupsiyaya Qarşı Mübarizə Bürosunun rəhbəri tərəfindən müəyyən edilmiş müddətdə narkoloji müayinədən keçməli və müvafiq hesabat təqdim etməli olduqlarına dair maddə götürülür.


