26 
Fev
2024
11:33
240

Gənclərin ödənişli stajı haqqında qanunun tətbiqinə bu ildən pilot rejimdə başlanılacaq

Gənclərin ödənişli stajı haqqında qanunun tətbiqinə bu ildən pilot rejimdə başlanılacaq.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze məlumat verib 

Kobaxidzenin sözlərinə görə, ən azı iki-üç min məzun dövlət strukturlarında ödənişli təcrübə keçəcək.

“Bildiyiniz kimi, ötən parlament gənclərin ödənişli təcrübə keçməsi haqqında qanun qəbul edib. Qanunun effektiv icrasına ehtiyac var. Qanunun icrasına bu il pilot rejimdə başlanılacaq. Bu il ən azı iki-üç min ali məktəb məzununun dövlət strukturlarında ən azı dörd aylıq ödənişli təcrübə keçməsini təmin etməliyik. Bundan başqa, bələdiyyələr və özəl sektorla əməkdaşlıq əsasında gənclərə bələdiyyə və özəl strukturlarda ödənişli təcrübə keçmək imkanı yaradılmalıdır. Təhsil nazirindən xahiş edərdim ki, maliyyə naziri ilə razılaşdırmaqla hökumətin növbəti iclası üçün müfəssəl plan təqdim etsin ki, bu plan əsasında gənclər, məzunlar həm dövlət strukturlarında, eləcə özəl sektorda ödənişli təcrübə keçə bilsinlər".

Bizimlə əlaqə saxlayın