26 
Fev
2024
11:27
936

Gürcüstan vətəndaşları artıq bu ölkəyə vizasız səfər edə biləcəklər

Çin Xalq Respublikası Gürcüstan vətəndaşları üçün vizasız gediş-gəliş rejiminin tətbiqi barədə qərar qəbul edib.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze hökumətin iclasında bildirib.

Baş nazirin sözlərinə görə, Gürcüstan vətəndaşları Çində 30 gün ardıcıl olaraq vizasız qala biləcəklər.

"Bu, həmvətənlərimizin Çinə səyahətini asanlaşdıracaq və Gürcüstan və Çin arasında siyasi, iqtisadi və mədəni əlaqələrin daha da inkişafı üçün yeni imkanlar yaradacaq mühüm qərardır. Bu qərar ötən il Gürcüstan və Çin arasında imzalanmış strateji tərəfdaşlıq sazişinin daha bir mühüm praktiki nəticəsidir. Mən həmvətənlərimizi təbrik etmək və bu mühüm qərara görə çinli dostlarımıza, Çin hökumətinə təşəkkür etmək istəyirəm”, - baş nazir bildirib.

Bizimlə əlaqə saxlayın