Hərbi xidmətə çağırış bu tarixdən başlayacaq
Çağırışçıların Milli Hərbi Xidmətə çağırılması martın 4-dən başlayacaq və iyunun 29-dək davam edəcək.
InterPress.ge xəbər verir ki, 18 yaşdan 27 yaşadək olan, çağırışçıların milli hərbi xidmətdən azad edilməsi üçün əsası olmayan, müddətli həqiqi hərbi xidmətə çağırılan şəxslər hərbi xidmətə cəlb olunacaqlar.
Qərara əsasən:
Gürcüstan Müdafiə Nazirliyi sisteminə çağırılacaq şəxslərin maksimum sayı 1500 nəfərlə müəyyən edilib;
Gürcüstan Daxili İşlər Nazirliyi sisteminə - 735 nəfər;
Gürcüstan Ədliyyə Nazirliyinin idarəetmə sahəsində fəaliyyət göstərən dövlət alt idarə müəssisəsinə - Xüsusi Penitensiar Xidmətə - 572 nəfər;
Xüsusi dövlət mühafizə xidmətinə hərbi xidmətə çağırılacaq şəxslərin maksimum sayı 295 nəfər müəyyən edilib.