Bizimlə əlaqəHaqqımızda—
Ən son:
Gürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idiGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idi
TVCANLI

200 lari almaq istəyən valideynlərin nəzərinə! Qeydiyyat başlayır - qeydiyyat üçün bunlar lazımdır

15,504
200 lari almaq istəyən valideynlərin nəzərinə! Qeydiyyat başlayır - qeydiyyat üçün bunlar lazımdır
Dinləmək üçün basın

0-dan 17 yaşadək olan uşaqların valideynləri uşaqlar üçün 200 lari yardımı almaq məqsədilə sabahdan qeydiyyat prosesinə başlaya bilərlər.

0-dan 17 yaşadək olan uşaqların valideynləri uşaqlar üçün 200 lari yardımı almaq məqsədilə sabahdan qeydiyyat prosesinə başlaya bilərlər.

InterPress.ge xəbər verir ki, bu haqda səhiyyə nazirliyi açıqlama verib.

Nazirliyin məlumatına görə, müvafiq portal səhiyyə nazirliyinin veb səhifəsində moh.gov.ge və elektron portal daxmareba.moh.gov.ge -də qeydiyyatdan keçmək mümkün olacaq.

Elektron portalda bunlar təqdim edilməlidir: Uşağın ad soyadı, doğum tarixi, şəxsiyyət nömrəsi, valideynin / rəsmi nümayəndənin ad soyadı (uşaq kimin üstündədir onun ad soyadı), şəxsiyyət vəsiqəsinin nömrəsi, bank hesabı, mobil nömrə.

Əgər ədliyyə nazirliyinin servis inkişafı agentliyindən uşaqla valideynin əlaqəsi təsdiqləmirsə o zaman portalda uşağın doğum şəhadətnaməsi yüklənməlidir.

Əgər dövlət qayğısı, trefikinq qurbanları, zərərçəkənlərə yardım agentliyi tərəfindən uşaqla rəsmi nümayəndənin əlaqəsi təsdiqlənmirsə, o zaman qəyyumluğu təsdiq edən sənəd portalda yüklənməlidir.

Elektron portalda valideyn və ya qəyyum məlumatın doğruluğunu təsdiq etməlidir.

Uşaqlar üçün ayrılan 200 lari yardım valideynlərin biri və ya qanuni nümayəndə tərəfindən qeydiyyatdan keçdikdən sonra almaq mümkündür. Qeydiyyat 15 avqustdan dekabr ayına kimi davam edəcək. Yardım isə cari ilin sentyabr ayından veriləcək.

Qeydiyyatdan keçə bilməyən şəxslər ədliyyə evlərinə, Sosiyal yardım agentliyinə, kənd icra nümayəndəliyinə, regional inkişaf nazirliyinə, yerli özünüidarəetməyə, ictimai mərkəzlərə və Liberti banka müraciət edə bilərlər.

Portalda qeydiyyat 24 saat mümkündür. Əlavə məlumat üçün 1505-ə zəng edə bilərsiz.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Gürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırSon xəbərlərə bax →