25 
Fev
2024
17:50
384

Marneulidə “Xocalı Soyqırımının” 32-ci ildönümünə həsr olunmuş şahmat üzrə yarış keçirilib

25 fevral tarixində, “Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin” təşkilatçılığı ilə “Xocalı Soyqırımının” 32-ci ildönümünə həsr olunmuş şahmat üzrə Marneuli Birinciliyi keçirilib.

InterPress.ge-nin xəbərinə görə, yarış iki yaş kateqoriyasında, 6-9 və 10-15 yaşlarda olan gənc şahmatçılar arasında keçirilib.

Yarışda Marneuli bələdiyyəsində fəaliyyət göstərən hər üç şahmat məktəbi “GAİM”, “Tea House” və Kürtlər kəndində fəaliyyət göstərən tədris mərkəzinin şahmatçıları iştirak ediblər. Yarışda ümumilikdə 48 şahmatçı iştirak edib.

Yarışın qalibləri 10-15 yaşlılarda:

1. Əli Əliyev (Tea House)

2. Hüseynəli Allahverdiyev (GAİM)

3. Renat Əsgərov (GAİM)

6-10 yaşlılarda:

1. Amar Nəsibov (Tea House)

2. Rafael Bayramov (Tea House)

3. Mate Kiparoidze (Tea House)

Bizimlə əlaqə saxlayın