25 
Fev
2024
12:44
568

Texniki baxış mərkəzləri davamlı olaraq yoxlanılacaq

Dövri texniki baxış mərkəzləri ilə bağlı yeni reqlamentlər qüvvəyə minir.

InterPress.ge xəbər verir ki, Parlamentə təqdim olunan layihəyə əsasən, mərkəzlər tərəfindən avtonəqliyyat vasitələrinin texniki baxışı zamanı texniki reqlamentlərin pozulmasına görə cərimələr tətbiq olunacaq.

O cümlədən, avtonəqliyyat vasitələrinə və onların qoşqularına texniki baxış zamanı dövri texniki baxış məntəqəsi tərəfindən hər hansı qüsur aşkar edilmədikdə, təhlükəli qayda pozuntusuna yol verildikdə - 5000 lari məbləğində cərimə yazılacaq, vacib hallarda bu məbləğ 2000 lari, əhəmiyyətsiz hallarda isə 500 lari təşkil edir.

Bundan başqa, texniki baxış mərkəzlərinin monitorinqi Quru Nəqliyyatı Agentliyinə həvalə olunacaq.

Sözügedən dəyişiklik 2025-ci ildən qüvvəyə minəcək.

Onun sözlərinə görə, mərkəzlərdə sistemli video monitorinq aparılacaq, bundan başqa, xüsusi qruplar tərəfindən texniki baxış mərkəzləri tərəfindən yoxlanılan avtomobillər ikinci dəfə yoxlanılacaq, nasazlıq aşkar olunduğu təqdirdə müvafiq cərimələr tətbiq olunacaq.

Bizimlə əlaqə saxlayın