25 
Fev
2024
12:07
1215

14 yaşlı uşaq ərə verilib - Polis faktla bağlı hərəkətə keçib

9-cu sinifdə oxuyan qız ailə həyatı qurmaq üçün 21 yaşlı oğlana ərə gedib.

InterPress.ge xəbər verir ki, azyaşlının atası məktəbə gedib və azyaşlı qızının təhsilini davam etdirə bilməyəcəyini rəhbərliyə bildirib.

Bütün bunlar Tbilisinin dövlət məktəblərindən birində baş verib. Təhsil müəssisəsi işə polisi cəlb edib. Yanvarın 27-dən sonra yeniyetmə məktəbə getməyib:

"Uşaq məktəbə gəlməyəndə atasına zəng vurub soruşduq. Birinci dəfə bizə həqiqəti demədi, sonra yenidən soruşduq. Məktəbə gəldi, qızının evləndiyi barədə ərizə yazdı. 112-yə zəng etdik.Uşağın 14 yaşı var”, - məktəb nümayəndəsi deyib.

21 yaşlı gəncə uzaqlaşdırıcı order yazılıb, 9-cu sinif şagirdinin harada olduğu məlum deyil.

Faktla bağlı Cinayət Məcəllədinin 140-cı maddəsi - 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya cinsi xarakterli digər hərəkətlər etmə ilə bağlı araşdırmalara başlanılıb. Cinayət sübuta yetirilərsə, 7 ildən 9 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

 

Bizimlə əlaqə saxlayın