Tbilisidə Xocalı soyqırımının ildönümü ilə bağlı anım tədbiri keçirilib - FOTO
Tbilisidəki “Cümə” məscidində Xocalı soyqırımının növbəti ildönümü ilə bağlı anım tədbiri keçirilib.
InterPress.ge xəbər verir ki, məsciddə Xocalı faciəsi qurbanlarının ruhuna dualar oxunub.
Məscidin həyətində Xocalı soyqırımında həlak olanların xatirəsinə ehsan paylanılıb.
Gürcüstan Müsəlmanları İdarəsinin müftisi Etibar Eminov xütbə oxuduqdan sonra cümə namazı qılınıb.
Tədbirdə Gürcüstanda yaşayan azərbaycanlılarla yanaşı, bu ölkədə yaşayan, işləyən, təhsil alan Türkiyə, Pakistan, İran, Əfqanıstan, Hindistan, Malayziya, Qazaxıstan, Rusiya, Özbəkistan, Banqladeş və digər ölkələrdən minə yaxın şəxs iştirak edib.
Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, məscidin imamları və azərbaycanlı jurnalistlər Xocalı soyqırımı ilə bağlı xarici ölkələrdən olan tələbələrə məlumat veriblər.




