23 
Fev
2024
16:17
390

İrakli Kobaxidze: Pensiya kreditləri ilə bağlı faiz dərəcəsi xeyli azalacaq

"İstəyimiz pensiyaçıların yükünü yüngülləşdirmək idi, bu yanaşmanı kommersiya bankı olan “Liberty Bank” da bölüşdü".

InterPress.ge xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze hökumət administrasiyasında keçirdiyi brifinqdə bildirib.

Baş nazirin sözlərinə görə, pensiyaçıların və ümumilikdə həmvətənlərin vəziyyətini yüngülləşdirəcək istənilən addım vacibdir.

“Dünən görüşümüz oldu, mən Milli Bankın prezidenti səlahiyyətlərini icra edənə, eləcə də “Liberty Bank”ın rəhbərliyinə təşəkkür etmək istəyirəm, onların münasibəti çox konstruktiv idi. Mahiyyət etibarı ilə kommersiya məhsulu olsa da, Liberty Bank özü yüksək səviyyədə sosial məsuliyyət nümayiş etdirdi və məhz bunun hesabına biz pensiya kreditləri ilə bağlı faiz dərəcəsinin xeyli aşağı salınması ilə bağlı razılığa gələ bildik. Qalan detallara gəlincə, təfərrüatlar daha dəqiqləşdiriləcək və bununla bağlı bank özü ətraflı məlumat verəcək, onlardan xəbər alacaqsınız".

Bizimlə əlaqə saxlayın