23 
Fev
2024
15:34
347

Narkotik cinayətlərinə görə 270 nəfər saxlanılıb

Daxili İşlər Nazirliyi narkotik cinayətlərinə görə 270 nəfəri saxlayıb, onlardan 27-si narkotik alverçisidir.

InterPress.ge xəbər verir ki, bu barədə Mərkəzi Kriminal Polis Departamentinin direktoru Teymuraz Kupatadze brifinqdə məlumat verib.

Onun sözlərinə görə, Gürcüstan, İran, Türkiyə, Ermənistan, İordaniya, Rusiya, Qazaxıstan, Ukrayna, Belarus, İraq və Niderland Krallığı vətəndaşları saxlanılıb.

Hakimin hökmü əsasında polis tərəfindən narkotik vasitələrin qanunsuz satılması ittihamı ilə saxlanılan şəxslərə bir neçə dəfə narkotik vasitələrinin alqı-satqısı ilə bağlı nəzarət həyata keçirilib və bu, audio-video lentə alınıb.

Ölkə ərazisində həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində təqsirləndirilən şəxslərin qeyd etdikləri yerlərdən, habelə saxlanılan şəxslərin, onların avtomobillərinin və evlərinin şəxsi yoxlanması zamanı külli miqdarda və xüsusilə külli miqdarda narkotik və psixotrop maddələr maddi sübut kimi götürülüb. 

Polis şübhəlilərdən dəlil kimi narkotik satışından əldə etdiləri pulları da müsadirə edib.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə araşdırma aparılır.

Cinayətlər 20 ilədək və ya ömürlük həbslə cəzalandırılır.

 

Bizimlə əlaqə saxlayın