23 
Fev
2024
13:34
835

Sinoptiklər qarşıdakı günlərin hava proqnozunu açıqladı

Fevralın 24-26-da Qərbi Gürcüstanda nisbətən isti və yağmursuz hava şəraiti gözlənilir. Bəzi yerlərdə güclü şərq küləyi əsəcək.

InterPress.ge xəbər verir ki, Milli Ətraf Mühit Agentliyi qarşıdakı günlərin hava proqnozunu açıqlayıb.

Sinoptiklərin məlumatına görə, Şərqi Gürcüstanda soyuq, buludlu və yağışlı hava şəraiti davam edəcək, fevralın 25-26-da yağıntıların əsasən qar şəklində olacağı gözlənilir.

Fevralın 24-də Tbilisi şəhərində bir qədər yağış yağacağı, fevralın 25-26-da isə bir qədər qar yağacağı, duman olacağı gözlənilir. Havanın temperaturu gündüz +3, +5 dərəcə təşkil edəcək.

Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Tsxinvali): hava yağıntılı olacaq. Fevralın 25-26-da bəzi yerlərdə qar yağacaq, Qori-Surami hissəsində güclü şərq küləyi əsəcək. Havanın temperaturu gündüz 4-6 dərəcə isti təşkil edəcək.

Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Ğvareli, Axmeta, Dedoplistskaro): hava yağıntılı olacaq. Fevralın 25-26-da qar yağacaq. Havanın temperaturu gündüz +2, +4 dərəcə təşkil edəcək.

Şərqi Gürcüstanın yüksək dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo): qar yağacağı, duman olacağı gözlənilir. Havanın temperaturu -1, +1 dərəcə təşkil edəcək.

Bizimlə əlaqə saxlayın