Nigeriya vətəndaşı şəxsi həyatın toxunulmazlığını pozduğuna görə saxlanılıb
Tbilisidə yaşayan 1995-ci il təvəllüdlü Nigeriya vətəndaşı şəxsi həyatın toxunulmazlığını pozduğuna görə saxlanılıb.
InterPress.ge xəbər verir ki, məlumatı Xüsusi İstintaq Xidməti yayıb.
İstintaqın məlumatına görə, gürcü qızla münasibəti kəsildikdən sonra Nigeriya vətəndaşı zərərçəkmişdən əlaqəni bərpa etməyi tələb edib, əks halda onların cinsi əlaqəsinin gizli lentə alınmış görüntülərini yayacağı ilə hədələyib.
2022-ci ilin sentyabrında müttəhim qisas almaq üçün yuxarıdakı videonu qurbanın ailə üzvünə göndərib.
Nigeriya vətəndaşı şəxsi həyat sirrini pozmaqda ittiham edilib və Gürcüstan Prokurorluğunun tələbi ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Cinayət 7 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır


