Gömrük sərhədində qanunsuz olaraq külli miqdarda mal keçirən 1 nəfər tutulub.
InterPress.ge xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin İstintaq Xidməti məlumat yayıb.
Məlumata görə, araşdırma zamanı müəyyən edilib ki, Gürcüstan vətəndaşı “Sadaxlı-Avtomobil” gömrük-keçid məntəqəsində avtomobilin salonunda xüsusi düzəldilmiş yerdə 1,735 qram gömrük dəyəri 216 758 lari olan qızıl-zinət əşyalarını ölkəyə keçirməyə çalışıb.
Fakt üzrə istintaq Gürcüstan Cinayət Məcəlləsinin 5 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutan 214-cü maddəsinin ikinci hissəsi ilə davam etdirilir.
