23 
Fev
2024
10:12
125

ABŞ müharibənin ildönümündə Rusiyaya yeni sanksiyalar tətbiq edəcək

Fevralın 23-də ABŞ Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsinin ikinci ildönümü münasibətilə 500-dən çox hədəfə sanksiya tətbiq edəcək.

InterPress.ge xəbər verir ki, bu barədə ABŞ maliyyə nazirinin müavini Uolli Adeyemo “Reuters”ə söyləyib.

Onun sözlərinə görə, məhdudiyyətlər Rusiyanın hərbi sənaye kompleksinə, eləcə də “Rusiyanın ehtiyac duyduğu mallara çıxışını asanlaşdırmağa kömək edən” üçüncü ölkələrin şirkətlərinə yönələcək.

Adeyemo əlavə edib ki, Vaşinqton Rusiyanı müharibə və müxalifətçi Aleksey Navalnının ölümünə görə məsuliyyətə cəlb etmək istəyir.

“Sabah (fevralın 23-də) sadəcə Birləşmiş Ştatlarda yüzlərlə sanksiya tətbiq edəcək, lakin geri addım atmaq vacibdir və yadda saxlamaq lazımdır ki, bunu edən təkcə Amerika olmayacaq”.

Bizimlə əlaqə saxlayın