21 
Fev
2024
13:42
799

Parlament yeni qərar qəbul etdi - Bunu etsəniz cərimələnəcəksiniz

Parlament üçüncü oxunuşda “Tullantıların idarə olunması Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsini 74 səslə dəstəkləyib.

InterPress.ge xəbər verir ki, bu barədə Parlamentin mətbuat xidməti məlumat yayıb.

Dəyişikliklərə əsasən, tullantıların icazəsiz şəxsə verilməsinə və təhlükəli tullantıların toplanması və emalına dair xüsusi tələblərin pozulmasına görə qanuna sanksiyalar əlavə olunacaq. Tullantıların sahibi tərəfindən tullantıların idarə olunması üçün səlahiyyəti olmayan şəxsə verilməsinə, habelə təhlükəli tullantıların toplanmasına və emalına dair xüsusi tələblərin pozulmasına görə də sanksiyalar müəyyən edilir.

Qanun layihəsinin qəbulu nəticəsində istehsalçının uzadılmış öhdəliyini (EPO) tənzimləyən texniki reqlamentin tələblərinin pozulmasına görə müvafiq inzibati məsuliyyət müəyyən ediləcək ki, bu da EPO sisteminin səmərəli tətbiqini təmin edəcək.

Həmçinin tullantıların idarə olunması sahəsində konkret tələblərin pozulmasına və ya öhdəliklərin yerinə yetirilməməsinə görə müvafiq hüquqi məsuliyyət müəyyən ediləcək.

Bizimlə əlaqə saxlayın