21 
Fev
2024
13:13
995

Gürcüstanda havalar nə vaxt istiləşəcək?

Bu gün hər yerdə günəşli hava gözlənilir.

InterPress.ge xəbər verir ki, meteoroloq Koba Partenadze sosial şəbəkədə gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq edib və yaxın günlərdə Gürcüstanda qış üçün xarakterik olan hava şəraitinin davam edəcəyini yazıb.

Sabah axşam və o biri gün gecədən sonra zəif yağış yağacağı ehtimalı var, temperatur aşağı düşəcək.

Fevralın 23-ü gündüz saatlarında Gürcüstanın qərbində havalar istiləşəcək və günəşli hava olacaq, şərqdə isə əks vəziyyət yaranacaq. Demək olar ki, ayın sonuna kimi soyuq hava gözlənilir. 

Şərqdə kəskin soyuqlar və qərbdə havaların istiləşməyə başlaması fonunda bir neçə gündən sonra - Qərbi Gürcüstan düzənliyində şərq küləyi güclənəcək, lakin bütün bunlar haqqında daha sonra məlumat verəcəyik.

 

Bizimlə əlaqə saxlayın