Azyaşlı uşaqlarının yanında həyat yoldaşını döyən polis əməkdaşı tutuldu
Hüquq-mühafizə orqanının əməkdaşı zorakılıq və təhdid faktları üzrə ifşa edilib.
InterPress.ge xəbər verir ki, bu barədə Xüsusi İstintaq Xidməti məlumat verib.
Xüsusi İstintaq Xidməti tərəfindən azyaşlıların iştirakı ilə məişət zorakılığı və hədələmə faktları üzrə Daxili İşlər Nazirliyinin Xüsusi tapşırıqlar şöbəsinin əməkdaşı A.B. saxlanılıb.
“İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs 2023 və 2024-cü illərdə azyaşlı uşaqlarının iştirakı ilə arvadına fiziki təzyiq göstərib, onu öldürməklə, əmlakını məhv etməklə hədələyib.
2023-cü ilin oktyabr və dekabr aylarında təqsirləndirilən şəxs azyaşlı uşaqlarının yanında həyat yoldaşı ilə qarşılıqlı mübahisə zamanı ona bir neçə dəfə fiziki zorakılıq edərək, bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirib.
2024-cü ilin fevralında təqsirləndirilən şəxs “Facebook” sosial şəbəkəsində ünsiyyət qurarkən həyat yoldaşını evi yandırmaqla və onun həyatına son verməklə hədələyib”, - məlumatda deyilir.
Xüsusi İstintaq Xidməti faktla bağlı araşdırmaları davam etdirir.


