Ət məhsullarının saxtalaşdırılmış yarımfabrikatlarının istehsalına görə 1 nəfər məsuliyyətə cəlb edilib
Saxtalaşdırma faktına görə bir nəfər məsuliyyətə cəlb edilib.
InterPress.ge xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin İstintaq Xidməti məlumat yayıb.
İstintaq bildirir ki, təqsirləndirilən şəxs rayonların birində sistemli şəkildə saxtalaşdırılmış yarımfabrikat ət məhsullarının istehsalı və satışı ilə məşğul olub.
“İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs qanunsuz maddi gəlir əldə etmək məqsədi ilə rayonlardan birində, sexdə sistemli şəkildə saxtalaşdırılmış yarımfabrikat ət məhsulları istehsal edib satıb, həmin məhsulların dad xüsusiyyətlərinin saxlanması məqsədilə soya əlavələrindən istifadə edib.
Məhkəmənin hökmü əsasında aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində saxta məhsullar satış şəbəkəsindən və sexdən tamamilə çıxarılıb”, - deyə məlumatda bildirilir.
Qeyd olunan cinayət Gürcüstan Cinayət Məcəlləsinin 197-ci maddəsinə əsasən 1 ildən 3 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.


