19 
Fev
2024
13:55
936

Fevralın 20-22-də Gürcüstanda hava belə olacaq

Fevralın 20-22-də Gürcüstanın bəzi rayonlarında yağışlı hava şəraiti gözlənilir.

InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat verib.

Paytaxtda - Tbilisidə bir qədər yağış yağacağı gözlənilir. Havanın temperaturu gündüz +10, +12 dərəcə təşkil edəcək.

Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvali): bəzi yerlərdə havanın yağıntılı olacağı gözlənilir. Havanın temperaturu gündüz +8, +10 dərəcə təşkil edəcək.

Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Ğvareli, Axmeta, Dedoplistskaro): hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz +8, +10 dərəcə təşkil edəcək.

Şərqi Gürcüstanın yüksək dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo): bəzi yerlərdə qar yağacaq. Havanın temperaturu -1, +1 dərəcə təşkil edəcək.

Bizimlə əlaqə saxlayın