Nəzərli ictimai məktəbində ötən il Türkiyədə baş vermiş zəlzələnin anım mərasimi keçirilib
16 fevral tarixində Qardabani rayonunun Nəzərli ictimai məktəbində ötən il Türkiyədə baş vermiş zəlzələnin anım mərasimi keçirilib.
InterPress.ge xəbər verir ki, məktəbin müəllimi Elmar Eminovun rəhbərliyi və 10-a sinif şagirdlərinin təşkilatçılığı ilə baş tutmuş mərasimdə bir çox qonaq iştirak edib.
Proqram çərçivəsində hadisələri əks etdirən rəsm sərgisi və rəsm müsabiqəsi də təşkil olunub. Şagirdlər, "əsrin faciəsi" adlandırılan bu layihə çərçivəsində o dəhşətli gecə haqqında məlumat verərək Gürcüstan dövlətinin bu məsələdə ilk yardıma gedənlərdən olduğunu xüsusilə vurğulayıblar. Daha sonra qonaqlara söz verilib.
Tədbirin sonunda qaliblərə sertifikatlar və, təşəkkürnamələr verilib.
Qeyd edək ki, müsabiqədə birinci yeri Fidan Məmmədova, ikinci yeri Aysun Məmmədova və üçüncü yeri Esnat Musayeva tutublar.
.jpeg)
.jpeg)


