16 
Fev
2024
21:26
280

Qudauri (post)-Kobi hissəsində qoşqu və yarımqoşquların hərəkəti bərpa edilib

Aparılan təmizləmə işləri nəticəsində beynəlxalq əhəmiyyətli Mtsxeta-Stefantsminda-Larsi avtomobil yolunun Qudauri (Post)-Kobi hissəsində qoşqu və yarımqoşqularla avtomobillərin hərəkəti bərpa edilib.

InterPress.ge xəbər verir ki, məlumatı Avtomobil Yolları Departamenti yayıb.

Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, Mleta-Qudauri və Qudauri (post)-Kobi hissələrində nəqliyyatın hərəkəti fasiləsiz rejimdə, Qudauri (post)-Kobi hissəsində yalnız uçqunlardan qorunan tunellərlə həyata keçiriləcək. 
Sərnişinlərin daşınması üçün nəzərdə tutulmuş qoşqulu, yarımqoşqulu motorlu nəqliyyat vasitələri və M3 kateqoriyalı, 22-dən çox oturacaq yeri olan (sürücü oturacağı istisna olmaqla) nəqliyyat vasitələri tunellərdə birtərəfli hərəkət edəcək”, - məlumatda deyilir.

Bizimlə əlaqə saxlayın