2023-cü ildə dünyada 99 jurnalist və media işçisi öldürülüb.
InterPress.ge xəbər verir ki, bu barədə Jurnalistləri Müdafiə Komitəsi (CPJ) hesabat yayıb.
Hesabata görə, 2023-cü ildə dünyada 99 jurnalist və media işçisi öldürülüb ki, bu da 2022-ci illə müqayisədə 44% çoxdur. Ölənlərin əksəriyyəti - 72 nəfər İsraillə HƏMAS arasında gedən müharibənin ilk üç ayında öldürülüb. Onların əksəriyyəti fələstinlilərdir.
Jurnalistlərin Müdafiəsi Komitəsinin məlumatına görə, 2023-cü ildə Ukraynada media işçilərinin ölüm hallarının sayı azalıb: iki nəfər ölüb - ukraynalı Boqdan Bitik və fransalı Armand Solden.
Məlumat üçün bildirək ki, 2022-ci ildə Ukraynada 13 jurnalist və media işçisi öldürülüb.
