Azyaşlını zorlamaqda təqsirləndirilən şəxs qiyabi olaraq 20 il müddətinə azadlıqdan məhrum edilib
Tbilisi Şəhər Məhkəməsi ittiham tərəfinin təqdim etdiyi sübutları tam qəbul edib və təqsirləndirilən şəxsi on dörd yaşına çatmamış şəxsi zorlamaqda təqsirli bilib.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Prokurorluğu məlumat verib.
Prokurorluğun məlumatına görə, ittiham tərəfinin məhkəməyə təqdim etdiyi sübutlar sübut edib ki, təqsirləndirilən şəxs 2006-cı ildən 2013-cü ilə qədər zərərçəkmişin köməksizliyindən istifadə edərək bacısının hələ on dörd yaşı tamam olmamış qızınl sistemli şəkildə zorlayıb.
“Zərərçəkmiş cinayətin törədilməsindən 9 il sonra hüquq-mühafizə orqanlarının əməkdaşlarına müraciət etməsinə baxmayaraq, səmərəli araşdırmalar nəticəsində ittiham tərəfi təqsirləndirilən şəxsin törətdiyi əməli təsdiq edən müvafiq sübutlar əldə edib.
Təqsirləndirilən şəxs xaricdə olduğu üçün ona Gürcüstan Cinayət Məcəlləsinin 137-ci maddəsinin 5-ci hissəsi (on dörd yaşına çatmamış şəxsi zorlama, 2013-cü il dekabrın 13-dək qüvvədə olan versiya) ilə qiyabi ittiham irəli sürülüb və barəsində həbs qətimkan tədbiri seçilib.
Tbilisi Şəhər Məhkəməsi təqsirləndirilən şəxsi ittiham üzrə tam təqsirli bilib və 20 il müddətinə azadlıqdan məhrum edib.
Məhkumun axtarışı elan edilib, beynəlxalq əməkdaşlıq çərçivəsində onun yerinin müəyyən edilməsi və tutulması istiqamətində müvafiq tədbirlər görülür”, - məlumatda deyilir.


