15 
Fev
2024
15:52
639

Qadınla onun istəyi olmadan zorla arzuolunmaz ünsiyyət quran polis əməkdaşı tutuldu

Gürcüstan Daxili İşlər Nazirliyinin Samtsxe-Cavaxeti Polis Departamentinin böyük inspektoru qadını təqib etmə faktına görə ifşa edilib.

InterPress.ge xəbər verir ki, bu barədə Xüsusi İstintaq Xidməti məlumat verib.

İstintaq müəyyən edib ki, 2023-cü ildə təqsirləndirilən Ğ.U. tanış qadınla onun iradəsinə zidd olaraq arzuolunmaz ünsiyyət qurub, onunla istəyi olmadan telefon danışıqları həyata keçirib, müxtəlif proqramlar vasitəsilə ünsiyyət qurub, küçədə qeyri-qanuni izləyib. Həmçinin, təqsirləndirilən şəxs sistematik olaraq zərərçəkmişdən şəxsi görüş və münasibət istəyib.

Təqsirləndirilən şəxsin hərəkətləri nəticəsində zərərçəkmiş psixoloji əzab çəkib, mənəvi zərər görüb və həyat tərzini əhəmiyyətli dərəcədə dəyişməyə məcbur olub.

Zərərçəkmiş Xüsusi İstintaq Xidmətinə müraciət edib, qısa müddət ərzində istintaq prosesi aparılıb, həmin müddətdə hüquq-mühafizə orqanı əməkdaşının cinayətini təsdiq edən sübutlar əldə edilib. 

O, Gürcüstan Cinayət Məcəlləsinin 151-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş cinayət ilə ittiham edilib. Cinayət 2 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Xüsusi İstintaq Xidməti faktla bağlı araşdırmaları davam etdirir.

 

Bizimlə əlaqə saxlayın