Artıq onkoloji diaqnozu olan uşaqlar Türkiyənin "Acıbadem" klinikasında dövlət hesabına müalicə ala bilərlər
Onkologiya diaqnozu qoyulmuş uşaqların müalicə proqramına “Acıbadem Hospital”, “Liv Hospital” və “Memorial Hospital” əlavə edilib.
InterPress.ge xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Onkologiya diaqnozu qoyulmuş uşaqların müalicəsi artıq 6 klinikada, o cümlədən İsrail və İspaniyanın yüksək texnologiyalı, multidissiplinar tibb mərkəzlərində mümkündür.
Sözügedən proqram çərçivəsində onkoloji diaqnozu qoyulmuş uşaqların dövlət maliyyəsi ilə müalicəsinin mümkün olduğu klinikalara daxildir:
Türkiyənin "Anadolu Tibb Mərkəzi";
İspaniyanın "Chiron Salud Tibb Mərkəzi";
İsrailin "İxilov Tibb Mərkəzi".
Qurum bildirir ki, Nazirlik Avropanın digər aparıcı tibb müəssisələri ilə də fəal işləyir.
Onkoloji diaqnozu qoyulmuş uşaqların xaricdə müalicəsi proqramına 2023-cü ilin avqustunda start verilib. Səhiyyə Nazirliyindən verilən məlumata görə, proqramdan 50-dən çox uşaq faydalanır.
Proqram çərçivəsində diaqnostika və müalicə- kimyaterapiya, şüa terapiyası, operativ müdaxilə və proton terapiyası maliyyələşdirilir.


